Soyuq qış günlərində baxılacaq filmlər

Qış fəsli gələndə hər kəs keçmiş rus filmlərindəki qara bürünmüş meşələri, taxtadan evləri, ya da Amerikadakı işıqlı villaları xəyal edir. Bəlkə də daha çox romantik, xəyalpərəst insanlar belə düşünürlər.

Biz o yerlərdə yaşamasaq da, hər gün ağappaq səhərə göz açmasaq da, həmin filmləri izləyərək özümüzü orada hiss edə bilərik.

Day.Az olay.az-a istinadən sizə qışda ürəyinizi isidəcək o filmlərin siyahısını təqdim edir.

Birincisi, "Groundhog Day"( Bu gün əslində dünən idi) filmidir. 1993-cü ildə lentə alınan bu ekran işində baş rolları Bill Murray və Endi Mekdauel ifa edib. Filmin əsas obrazı Phil eqoist bir aparıcını canlandırıb. Kiçik bir qəsəbədə onun başına gələn hadisələr kinoda təsvir olunub.

İkinci sırada isə "Snow Day"(Qarlı gün) filmi yer alır. Gənclər, özünü gənc kimi hiss edənlər, yeniyetmələr,  xüsusilə də uşaqlar bu ekran işini çox bəyənir. Çünki filmdə məktəb tətilində şagirdlərin başına gələn maraqlı hadisələr canlandırılıb. Belə ki, qar ilə əlaqəli yolların bağlandığı qəsəbədə uşaqlar məktəbin açılmaması üçün əllərindən gələni edirlər.

"İce Princess"(Buz şahzadəsi)

Bir gənc qızın fiqurçu olma xəyallarından bəhs olunan filmdə haidsələr qış fəslində cərəyan edir. Hətta baş rol Mişel Traxtenberq daha əvvəl buz üzərində sürüşməyib, sadəcə 10 ayda bu işi öyrənib.

"The Chronicles of Narnia: The Lion, the Witch and Wardrobe" (Narnia gündəlikləri: Şir, cadugər və qarderob)

Qarlara bürünən Narniada maraqlı və fantastik bir səyahətə dəvətlisiniz. Dörd uşağın bir qarderop sayəsində bu gizli dünya ilə tanış olması və başlarına gələn macəralar ailəlikcə sizə film zövqü yaşadacaq.

"The Holiday"(Tətil)

Kate Uinslet, Kameron Diaz və Cud Lounun baş rollarını paylaşdığı romantik-komediya filmi kişilərlə problemli münasibətləri olan fərqli ölkələrdəki iki qadının evlərini dəyişdirməsi və burada yaşadıqları eşqləri təsvir olunub.

"Harry Potter"

Bu film silsiləsini nəinki qışda, hər mövsümdə izləyə bilərsiniz. Səkkiz bölümünü təkrar-təkrar izləmək üçün bir neçə günlük qış tətili bəs edər.

"The grand Budapest Hotel" (Budapeşt Qrand oteli)

Qışda içinizi isidəcək hekayə istəyirsiniz? Canlı rəngləri, görüntüsü və ssenarisi ilə bu axtardığınız filmdir.

"Before We go" (Getmədən əvvəl)

Romantik səhnələrindən ibarət olan bu filmdə hekayə bir-birini tanımayan iki yad insanın qatara gecikməsi ilə başlayır. Küçədə qalan cütlüyün yollarının kəsişməsi canlandırılır. Onlar bir-biriləri ilə sirrlərini paylaşaraq həm də yaxınlaşırlar.

"Winters Tale" (Qış nağılı)

Bu filmdə isə sirrlərlə dolu bir eşq hekayəsi canlandırılır. Baş obraz Peter bir oğrudur. O, yeni oğurluq planını həyata keçirərkən yolu Beverlinin evinə düşür. Qız oğlanın yanında dünyasını dəyişsə də, Peter onu həyata qaytarmaq üçün əlindən gələni edir. 

"The Huntsman: Winters War" (Ovçu: Qış savaşı)

Filmdə əsl qış atmosferi təsvir olunub. Bu ekran işi "Snow White and Hunstman"ın davamı kimi çəkilib.

"I, Tonya" (Mən Tonya)

Məşhur fiqurçu Tonya Hardinqin həyat hekayəsinin əks olunduğu film Marqot Robbienin qüsursuz aktyor oyunu ilə taclandırılıb. Uğurlu idmançının hekayəsi və buz meydançası mənzərəsinin yer aldığı film qış üçün idealdır.

"Molly's Game" (Mollinin oyunu)

Qəza keçirdikdən sonra xizəkçilikdən uzaqlaşmalı olan Mollinin hekayəsindən danışılır. Filmin real olaylardan bəhs etməsi isə sizi daha çox təsirləndirəcək.

"The Nutcracker and the Four Realms" (Şelkunçik və dörd aləm)

Sizi nağılvari bir dünyaya dəvət edirik. Zəngin aktyor heyəti ilə daha maraqlı və əsrarəngiz bir hekayəni izləyəcəksiniz.

"Little Women" (Kiçik qadınlar)

Film boyunca bir çox mövsümə şahid olacaqsınız. Ürəkləri isidən hekayəsi ilə ekran işini bir qış filmi kimi tövsiyə edə bilərik.

"I'm Thinking of Ending Things"(Hər şeyi bitirməyi düşünürəm)

Film eyni adlı kitabın əsasında lentə alınıb. Psixoloji gərginlik tərzindəki kino qış səhnələri ilə bərabər dialoqları ilə də bəyənilir.