https://news.day.az/azerinews/1429781.html
Bakı-İstanbul və İstanbul-Bakı üzrə bütün reysləri sabah günün birinci yarısına keçirilib
İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb. Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.
Bakı-İstanbul və İstanbul-Bakı üzrə bütün reysləri sabah günün birinci yarısına keçirilib

İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.
Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.
Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində, KİV vasitəsilə və "Azərbaycan Hava Yolları"nın rəsmi sosial şəbəkə səhifələrində almalarını xahiş edirik.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре