Əlibaba Məmmədovun səhhəti PİSLƏŞDİ:

Xalq artisti Əlibaba Məmmədov səhhətindən danışıb.

Day.Az xəbər verir ki, Əlibaba Məmmədov vəziyyəti barədə Teleqraf.com-a açıqlama verib.

"Yaşım çox olduğuna görə televiziyalara da çıxmıram. Mən yaşda kişinin səhhəti yaxşı olmaz. 95 yaşım var, hazırda nə hərəkət edə bilirəm, nə də danışa..." - deyə o bildirib.