Co Bayden yenə səhvə yol verdi

ABŞ prezidenti Co Bayden növbəti dəfə səhvə yol verərək diqqəti öz üzərinə çəkib.

Day.Az xarici mətbuata istinadən xəbər verir ki, Bayden bu dəfə ABŞ-ın vitse-prezidenti Kamala Harrisi prezident adlandırıb.

Prezidentin ABŞ-ASEAN sammitində səslənən fikri müzakirəyə səbəb olub:

"Hind-Sakit okean regionu azad və açıq, sabit və firavan, möhkəm və təhlükəsiz bölgədir. Hamımızın arzuladığı budur. Buna görə də mən prezident Harrisdən keçən ilin avqustunda bölgəyə getməsini xahiş etdim" - deyə Bayden çıxışında bildirib.