Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Anatolian Phoenix-2022” təliminə hazırlıq brifinqi olub

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix-2022" taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.

Day.Az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may ayının 27-dək davam edəcək.