Leobank - filialsız və növbəsiz onlayn bank

Leobank - filialsız və növbəsiz onlayn bank

Leobank - filialsız və növbəsiz onlayn bankKimsə bank hesabı açmaq lazım olduğunu söyləyəndə, ağlına ilk olaraq növbələr, anketlər və kart əldə etmək üçün uzun prosedur gəlir. Bəs bütün bunları divandan qalxmadan bir neçə dəqiqəyə etmək mümkündür desək? Bəli, Azərbaycanda internet bankçılıq sürətlə inkişaf etdiyinə görə bu, həqiqətən realdır.

Leobank ilk tamamilə internet bankdır

Şirkət bütün tanış xidmətləri təqdim edir, lakin müasir formatda. Bütün vacib məqamlara daha yaxından nəzər salaq.

1. Qeydiyyat

"Leo"nun müştərisi olmaq üçün mobil tətbiqi yükləmək kifayətdir. Tətbiq bütün müasir əməliyyat sistemlərində (iOS, Android) mövcuddur, buna görə də bunu etmək problem olmayacaq. İlk öncə biz sadə qeydiyyatdan keçirik: başa düşülən suallar, doldurmaq üçün rahat formalar və xırda məqamlarda qayğı ilə. Məsələn, şəxsi sənədləri əlavə etmək lazımdırsa, onları göndərmək üçün skaner axtarmağa ehtiyac yoxdur. Sadəcə doğum tarixinizi və FİN-kodunuzu daxil edin, bütün məlumatlar avtomatik olaraq yüklənəcək!

Onlayn bank'ın tam işləməsi üçün yalnız plastik kart almaq qalır. Bunu etmək də həmçinin çox asandır.

2. Bank kartının alınması

Harasa getmək, növbə gözləmək və ya nahar fasiləsinin bitməsini gözləmək - hamısı keçmişdə qaldı! Leobank kartı istənilən vaxt və istənilən məkana bank əməkdaşı tərəfindən tamamilə pulsuz olaraq sizə çatdırılacaq. Ev və ya iş - fərqi yoxdur, əsas odur ki, müştəri üçün rahat olsun. Əgər yaxınlıqda Unibank filialı varsa, o zaman oradan kartı əldə edə bilərsiniz.

3. İstifadə qaydası

Leobank Rəqəmsal BankBu bənd ilə də heç kim problem yaşamayacaq. Kartın balansını Unibank terminalları və bankomatlarında(UTM) və ya MilliÖn, eManat, ExpressPay terminallarında artıra bilərsiniz. Əməliyyatlar sürətli və əlavə komissiyasız baş verir.

Bəs tamamilə onlayn bank olduqda, nağd pulu necə çıxarmaq olar? Unibank bankomatlarında(UTM) bunu etmək mümkündür. Əməliyyat, faiz hesablanmadan baş verir - hər şey sadə və şəffafdır.

Onlayn ödənişlərə üstünlük verirsinizsə və ya tez-tez köçürmələr göndərirsinizsə, nəzərinizə çatdırırıq ki, Leo kartları arasında bu əməliyyatlar komissiyasız həyata keçirilir.

Xərclərinizdə arxayın olmaq üçün isə, siz kredit limiti əldə edə bilərsiniz. Bank sizə 10.000 ₼-ə qədər məbləğdə kredit limiti təyin edə bilər.

4. Bəzi üstünlüklər

Leobank bütün mümkün üstünlükləri olan İnternet bankçılıqdır. Məsələn, 24/7 xidmət göstərən qayğıkeş dəstək xidməti. Bu, maksimum əlverişlidir, çünki tətbiqdə "kömək" düyməsini axtarmaq lazım deyil - sadəcə sizə rahat olan mesencerdə və ya sosial şəbəkədə mesaj yazmağınız kifayətdir.

Mobil bank sual və ya sorğuları aşağıdakı ünvanlarda qəbul edir:

  • WhatsApp
  • Telegram
  • Instagram
  • Messenger

Siz həqiqətən onlardan istənilən suala cavab ala bilərsiniz: kreditlər üzrə faiz dərəcəsindən tutmuş ən yaxın bankomatın yerləşdiyi yerə qədər.

Sizin və dostlarınızın mütləq zövq alacağı digər bir faydalı xüsusiyyət - Shake to pay. Kiminsə Leobank kartına köçürmə etmək üçün onun nömrəsini soruşmaq lazım deyil. smartfonlarda tətbiqləri açmaq və telefonlarınızı silkələmək kifayətdir. Lokator avtomatik olaraq ətrafdakı alıcıları taparaq, smartfonunuzun ekranında göstərəcək. Sizə yalnız tələb olunan məbləği daxil etmək qalır.

Leobank, sadəliyin müasir sinonimidir. Əgər cüzdanınızda bank işini sadələşdirə biləcək dəbli qara kart üçün yer varsa, o zaman tətbiqi yükləməyin tam vaxtıdır.