"Alatoranlığ"ın aktyorundan gözlənilməz qərar

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner karyerasını bitirir.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu barədə 30 yaşlı aktyor müsahibələrinin birində danışıb.

Teylor bildirib ki, 14 il əvvəl rol aldığı "Alatoranlıq"dakı obrazından sonra o peşəkar və emosional şəkildə tükənib.

Qeyd edək ki, aktyor bu ilin mayında sevgilisi Tey Doumayla nişanlanıb.