Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü bu tarixdə keçirilə bilər

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün sentyabr ayında keçirilməsi gözlənilir.

Day.Az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomat qeyd edib.

Türkiyə ilə Ermənistan arasında aparılan qarşılıqlı danışıqların çox vacib olduğunu bildirən diplomat, bu mərhələdə bəzi məsələlərin müzakirəsinin müsbət nəticə verməyəcəyini qeyd edib.

Xatırladaq ki, bu günə qədər Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında 4 görüş keçirilib.