Meşə yanğınları turizmə nə qədər ziyan vurub?

Şabran, Qəbələ, Oğuz, Siyəzən və Quba rayonlarında yerləşən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində turizm infrastrukturuna dəymiş ziyan araşdırlır.

Bu barədə Dövlət Turizm Agentliyidən (DTA) Trend-in sorğusuna cavab olaraq bildirilib.

"Rayonlarda baş verən məlum yanğınlarla bağlı prosesləri izləyirik. Aidiyyəti strukturlara sorğular vermişik və bu istiqamətdə məlumatları toplayırıq. Bundan sonra isə turizm infrastrukturuna dəyən ziyanın tam miqyası müəyyənləşəcək",- deyə agentlik qeyd edib.

Qeyd edək ki, avqustun 15-dən 20-dək Şimal regionunda baş verən yanğınlar nəticəsində təxminən 5 min hektar ərazi yanıb.