Avropada qazın qiyməti 3 min dolları ötdü

Avropada təbii qazın qiyməti martın 8-dən bəri ilk dəfə min kubmetr üçün 3 min dollar həddini keçib.

Day.Az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın sentyabr fyuçersləri 3 024 dollar ətrafında alınıb-satılır.

Qiymətlər son sutka ərzində təxminən 20 faiz artıb.