https://news.day.az/azerinews/1489229.html
"Mastercard" bölgələrdə nağdsız ödənişlərin genişləndirilməsi üçün Mərkəzi Bankla əməkdaşlıq edir
"Mastercard" bölgələrdə nağdsız ödənişlərin genişləndirilməsi üçün Mərkəzi Bankla əməkdaşlıq edir
"Mastercard" Azərbaycan Mərkəzi Bankı ilə birgə bölgələrdə nağdsız ödənişlərin genişləndirilməsi məqsədi ilə irimiqyaslı işlər aparır.
Day.Az Trend-ə istinadən bildirir ki, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkədə ödənişlərin 30 faizi nağdsız ödənişlərin payına düşür.
"Biz Mərkəzi Bankla, tədris müəssisələri və digər strukturlarla birgə bölgələrdə nağdsız ödənişlərin yayılması üçün müvafiq işlər görürük. Bu işlər "MasterCard"ın Azərbaycanla əməkdaşlıq strategiyasında əks olunub", - deyə o bildirib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре