Bakı metropoliteni 4 vaqonu utilizasiya edib

Bakı metropoliteni istismar müddətini başa vurmuş köhnə qatarların utilizasiyasını davam etdirir.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolarla iş departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, Bakı metropoliteni bu prosesi qrafik üzrə həyata keçirir.

"Ötən il istismar müddəti başa çatmış 10 vaqon xətdən çıxarılıb. Həmin vaqonların sənədləşmə işlri həyata keçirilib. Artıq bu il həmin vaqionlardan 4-ü sökülərək utilizasiya olunub. Yaxın vaxtlarda daha 6 vaqon utilizasiya ediləcək. Həmin 6 vaqonun sökülməsi üçün sənədləri təqdim etmişik. Sənədlər təstiq olunandan sonra utilizasiya ediləcək",-F. Əhmədov deyib.

Departament rəisi bildirib ki, bu il Bakı metropoliteni daha 20 yeni vaqonu alaraq Bakıya gətirəcək: "Yeni vaqonlar xəttə buraxılarkən istismar müddətini başa vurmuş digər 20 vaqon xətdən çıxarılaraq utilizasiya üçün hazırlanacaq".