Qarabağda yol çəkilişlərinə Türkiyənin beş şirkəti cəlb edilib

Azad olunan ərazilərin yol infrastrukturunun tikintisində Azərbaycan və Türkiyə şirkətlərindən başqa heç bir xarici şirkət fəaliyyət göstərmir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, həmin işlərdə yalnız 5 Türkiyə şirkəti fəaliyyət göstərir.

"Qalan yolların tikintisində Azərbaycan şirkətləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öz təsərrüfatları iştirak edir. Yol sisteminə başqa heç bir xarici dövlət şirkəti cəlb edilməyib",- S.Məmmədov deyib.