Qeydiyyatçı, nəzarətçi və təsərrüfat işçilərinin maaşı müəyyənləşib

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan qeydiyyatçı, nəzarətçi və təsərrüfat işçisinin aylıq vəzifə maaşı müəyyənləşib.

Day.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Qərara əsasən, qeydiyyatçı, nəzarətçi və təsərrüfat işçisinin aylıq vəzifə maaşı aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

-si

 

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

370

2.

1-ci kateqoriya dövlət orqanlarında

355

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

335

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

315