Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 2-də 97,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel çoxdur.

Bu barədə Day.Az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 95,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,37 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 94,17 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel çoxdur.