Oktyabr ayı üzrə Azərbaycan üçün gündəlik neft hasilatı kvotası müəyyən edilib

Oktyabr ayı üzrə Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barreldir.

Day.Az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

"OPEC+ ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara aldı. Azərbaycan üçün gündəlik kvota 717 min barreldir", - nazir qeyd edib.