Azərbaycan Türkiyədə neft axtaracaq

Azərbaycan və Türkiyə SOCAR-ın Batman vilayətində neft ehtiyatlarının kəşfiyyatı ilə bağlı razılıq əldə edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bununla bağlı olaraq SOCAR-ın Kompleks qazma işləri müəssisəsinin nümayəndəsi Zəkiulla Kərimovla Batman vilayətinin valisi Əkrəm Canalp arasında görüş keçirilib.

Qeyd olunur ki, SOCAR nümayəndələri valini gələcək kəşfiyyat işləri barədə məlumatlandırıb.

Eyni zamanda, Z.Kərimov ilkin tədqiqat işləri ilə tanış olub.

Qeyd edək ki, iki ölkə arasında əldə olunan razılaşmaya əsasən, Batman ərazisində bir sıra qazma işləri planlaşdırılır.