Türkiyənin “CTech” şirkəti ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "CTech" şirkətinin İdarə Heyətinin üzvü və Baş meneceri Cüneyd Fırat ilə görüşüb.

KOBİA-dan Day.Az-а bildirilib ki, Azərbaycan Beynəlxalq Müdafiə - "ADEX" və Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə - "Securex Caspian" sərgiləri çərçivəsində keçirilən görüşdə investisiya imkanlarına, xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparılıb.