Bolqarıstan əlavə qaz həcmlərinin tədarükünə dair Azərbaycanla müqavilə imzalamaqda maraqlıdır

Bolqarıstan texniki baxımdan mümkün olacağı zaman Azərbaycanla əlavə qaz həcmlərinin tədarükünə dair müqavilə imzalamaqda maraqlıdır.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın iqtiasadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.

"Azərbaycan etibarlı tədarükçüdür və mövcud müqavilənin şərtlərini yerinə yetirəcək. Onlar razılaşdırılan həcmdə qaz nəqlinə oktyabrın 1-dən sonra başlayacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, Bolqarıstan oktyabrın 1-dən etibarən Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz əldə etməyə başlayacaq.