Jurnalistlərin Media Reyestrindən hansı hallarda çıxarılacağı məlum olub

Media Reyesterinə daxil edilmiş jurnalistlərin Reyestrdən hansı hallarda çıxarılacağı məlum olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Media Reyestrinin aparılması Qaydaları"nda əskini tapıb.

Qaydalara əsasən, reyestrə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

- jurnalistin ərizəsi olduqda;

- Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər tələblərə cavab vermədiyi aşkar edildikdə;

- ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

- yayımladığı informasiyanın Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;

- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Reyestrdən çıxarıldıqda;

- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.

- Bu Qaydalarda qeyd edilən hallarda Agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin Reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.