“Mercedes-Benz” ilk tam virtual avtomobilini təqdim edəcək

"Mercedes-Benz" daha bir yeniliyi təqdim etməyə hazırlaşır.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə markanın baş dizayneri Qordon Vaqener sosial şəbəkə səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, populyar brend ilk dəfə tam virtual şou avtomobilini nümayiş etdirəcək.

Görüntülərə əsasən, söhbət həm forma, həm də dizayn baxımından qeyri-adi, eksteryerdə çoxsaylı LED elementləri olan futuristik idman avtomobilindən gedir.

Yeni məhsul haqqında başqa heç bir məlumat verilməyib.