“Tesla” milyondan çox elektromobilini geri çağırır

ABŞ-ın elektromobil istehsalçısı "Tesla" 2017-ci ildən 2022-ci ilə qədər istehsal etdiyi 1,096 milyon avtomobili pəncərələrin avtomatik bağlanması ilə bağlı problemlərə görə geri çağırır.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, qərar 2017-2022 Model 3, 2020-2021 Model Y və 2021-2022 Model S və Model X avtomobillərinə şamil edilib.

Məlumata görə, elektromobillərdə pəncərələr bağlanarkən həddindən artıq təzyiq göstərə və bağlanmazdan əvvəl sürücünü, yaxud da sərnişini zədələyə bilər.

"Tesla" öz səhvini düzəltmək üçün müvafiq proqram yeniləməsi buraxacaq.