Prezident İlham Əliyev Sofiyada dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda iştirak edib

Oktyabrın 1-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin adından Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları üçün rəsmi lanç verilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev lançda iştirak edib.