MÜSİAD Azərbaycan rəhbərliyi Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisini ziyarət edib

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan idarə heyəti rəhbəri Rəşad Cabirli, idarə heyətinin üzvü, korporativ əlaqələr və rabitə komissiyasının rəhbəri Hüseyn Yapar və Gənc MÜSİAD Azərbaycan sədri Tural Süleymanlı Azərbaycanda yenidən vəzifəyə başlayan Şimali Kipr Türk Cümhuriyyəti Bakı təmsilçisi Ufuk Turganeri ziyarət edib.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Görüş zamanı MÜSİAD Azərbaycan təşkilatçılığı ilə Kiprli iş adamları və Azərbaycanda fəaliyyət göstərən iş adamlarının bir araya gətirilməsi və ortaq ticarət fəaliyyətinin arıtırılması istiqamətində müzakirələr aparılıb.

Həmçinin, bu istiqamətdə faaliyyət planının hazırlanması və qarşılıqlı görüşlərin davam etdirilməsi məsələsi vurğulanıb.