Əczaçılıq sahəsində ciddi problemlər var

Bu gün əczaçılıq sahəsində ciddi problemlər var.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov "Beynəlxalq Əczaçı" günü və Respublika əczaçılarının 3-cü konfransı zamanı çıxışında qeyd edib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu istiqamətdə kifayət qədər ciddi addımlar atıb.

"Nazirliyin qarşısında duran əsas vəzifə vətəndaşların keyfiyyətli dərmanlarla təmin edilməsidir", - deyə o əlavə edib.