Gürcüstanda İranın təsiri altına düşən azərbaycanlılar

"Xəzər Xəbər"in çəkiliş qrupu Gürcüstanda 1 həftə olaraq bu mövzunu ətraflı şəkildə araşdırıb.

Çəkilişlər əsasən Tbilisi, Marneuli, Qaraçöpdə aparılıb. Burdakı ziyalılar, ağsaqqallar, din xadimləri, sadə vətəndaşlarla söhbətlər edilib, mövzu ilə bağlı suallar verilib. Gürcüstan Musəlmanları İdarəsinin ilk şeyxi Vaqif  Əkbərov nələri etiraf edib? Onun şeyxlikdən getməsində İran niyə maraqlı idi? Gürcüstandakı məscidlərə hansı qurum nəzarət edir?

Araşdırma nəticəsində məlum olub ki, Gürcüstanda İran sərmayəli 11 min 751 təşkilat, şirkət fəaliyyət göstərir. Onlar öz fəaliyyətlərini necə qururlar? Gürcüstandan İrana avtobus səfərlərini kim təşkil edir? Soydaşlarımız İranın hansı dini şəhərlərinə aparılır? Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze din xadimləri ilə bağlı hansı məsələnin aktual olduğunu vurğulayıb?

Day.Az xəbər verir ki, "Xəzər Xəbər"in çəkiliş qrupu bütün bu və digər suallara Gürcüstanda cavab axtarıb.