İmişlidə it və tülkü iki nəfərin ölümünə səbəb oldu

İmişli rayonunda it və tülkü ağır qəzaya səbəb olub.  

Hadisə Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli sakini 36 yaşlı Xanlar Bayramov idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına çıxan it ilə tülkünü vurub və idarəetmədən çıxaraq aşıb.

Qəza  nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, İmişli sakini 48 yaşlı Fariz Bayramov isə  xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Abşeron rayonu ərazisində, Novxanı-Binəqədi yolunda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

61 yaşlı Cəfər Məmmədov idarə etdiyi avtobusla 26 yaşlı Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Sürücü isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Day.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: