Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir

Vyetnam Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəkləyir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Vyetnamın ölkəmizdə yeni təyin olunan səfiri Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edən səfir Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını diqqətə çatdırıb.