Avropada süni intellektli çatbotu bloklayan ilk ölkə bəlli oldu

İtaliyada Milli Məlumatların Mühafizəsi İdarəsi ChatGPT süni intellektli çatbota girişi məhdudlaşdırıb.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, idarə şəxsi məlumatların işlənməsi ilə bağlı narahatlıqları ifadə edib.  

Beləliklə, İtaliyada ChatGPT-ni yaradan və idarə edən ABŞ şirkəti "OpenAI" tərəfindən yerli istifadəçilərin məlumatlarının işlənməsi müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu qərara səbəb isə martın 20-də çatbot istifadəçilərinin şəxsi məlumatlarının sızması olub. Bu zaman müəyyən müddət ərzində platformanın ödənişli istifadəçilərinin sorğuları və bank kartlarının nömrələrinə giriş sərbəst olub.

Hüquqi bazanın olmaması idarənin diqqətini çəkib. Hüquqi baza isə çatbotun işinin əsasını təşkil edən alqoritmləri "öyrənmək" üçün istifadəçi məlumatlarının kütləvi şəkildə toplanması və saxlanmasına cavabdehdir.

Həmçinin ChatGPT tərəfindən verilən məlumatların faktiki məlumatlarla uyğun gəlməməsi, o cümlədən 13 yaşdan kiçiklər tərəfindən onun istifadəsinə nəzarətin olmaması da iddialar sırasında olub.

Beləliklə, İtaliya getdikcə populyarlaşan çatbota qarşı məhdudlaşdırıcı tədbirlərə əl atan ilk Avropa ölkəsi olub.