İşsizlərə ŞAD XƏBƏR - Bundan sonra...
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır.
Day.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olaraq 5,0 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Həmçinin oxuyun: Avtomobilini utilizasiya etdirmək istəyənlərə bu sənədlər lazım olacaq - QANUN DƏYİŞDİ
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре