Süleyman Qasımov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edildi

Prezident İlham Əliyev S.M.Qasımovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Süleyman Mehrəli oğlu Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.