Yanvar-aprel ayında Türkiyədə Rusiya kapitalı ilə 40-dan çox şirkət qeydiyyata alınıb

2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Rusiya kapitalı ilə 43 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 350 şirkət azdır.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 51,1 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 606,1 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (26) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 8 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Rusiya kapitalı ilə 23 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.