https://news.day.az/azerinews/1702810.html Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək "Azərkosmos" Tacikistanın "ZET Mobile" mobil operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb. "Azərkosmos"dan Day.Az-a bildirilib ki, "ZET Mobile" "Azerspace-2" peykindən istifadə etməklə Tacikistanın uzaq regionlarında yüksəkkeyfiyyətli rabitə xidmətlərinin təmin olunmasını təşkil edəcək.

Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək

Azərbaycanca, 30 октября 2024 19:16 (UTC +04:00) 498
Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək

"Azərkosmos" Tacikistanın "ZET Mobile" mobil operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

"Azərkosmos"dan Day.Az-a bildirilib ki, "ZET Mobile" "Azerspace-2" peykindən istifadə etməklə Tacikistanın uzaq regionlarında yüksəkkeyfiyyətli rabitə xidmətlərinin təmin olunmasını təşkil edəcək.

Tacikistanda rabitə xidmətlərinə çıxış adətən iri şəhərlərlə məhdudlaşır. "Azərkosmos"la əməkdaşlıq Tacikistanın həm rəqəmsal infrastrukturuna, həm də ucqar bölgələrdə sosial-iqtisadi inkişafa töhfə verəcək. "ZET Mobile" mobil operatoru "Azerspace-2" peykinin xidmətlərindən istifadə etməklə müştərilərinə nəqliyyat vasitələrində, dövlət və özəl qurumlarda, eləcə də ucqar ərazilərdə rabitə və internet xidmətlərindən faydalanmaq imkanı yaradacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости