Belarusda nar bayramı keçirilib - FOTO
Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Diasporla İş üzrə Dövlət Komitəsinin texniki-təşkilati dəstək göstərdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə nar bayramı qeyd olunub.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bayramda Belarusun Din və millətlər üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Rumak, Belarus Azərbaycan İcmaları Konqresinin üzvləri, Azərbaycanın Belarusdakı Səfirliyinin, BMT-nin Belarusdakı Nümayəndəliyinin, Türkmənistanın Bahar Mədəniyyət və Təhsil Fondunun təmsilçiləri, UNİCEF-in Belarusdakı nümayəndələri və universitet tələbələri iştirak edib.
Tədbirin təşkilində məqsəd Azərbaycanla Belarus xalqları arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, həmçinin universitetin qarşıdan gələn 110 illiyini qeyd etməkdir.
Azərbaycan icmasının nümayəndələri mədəniyyətimiz haqqında qonaqlara ətraflı məlumat verib.
"Bizim dostluğumuz ölkədə sabitləşdirici amildir," - deyə Belarusun Din və millətlər üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Rumak qeyd edib.
Universitetin rektoru Aleksandr Juk təhsil müəssisəsinin elm, təhsil və mədəniyyət sahələrində Azərbaycan ilə sıx əməkdaşlıq etdiyini, burada Azərbaycan dili mərkəzinin açıldığını, 2014-cü ildə isə Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin yaradıldığını diqqətə çatdırıb.
Bayram tədbirində universitetin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib, milli rəqslər nümayiş olunub, həm Azərbaycan, həm də Belarus dillərində şeir və mahnılar səsləndirilib. Tədbirdə, həmçinin Azərbaycanın görkəmli rəssamı Toğrul Nərimanbəyovun nar təsvirli rəsmlərindən ibarət sərgi təşkil olunub.
Nar bayramı yerli mətbuatda işıqlandırılıb:
https://minsknews.by/prazdnik-granata-otmetili-v-bgpu-rasskazyvaem-kak-eto-bylo/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре