Prezident İlham Əliyev: İnkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimizdir

Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi Zəfərimizdir".