https://news.day.az/azerinews/1705787.html Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO - VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb. Day.Az bu barədə AZƏRTAC-a istinadən bildirir. Xəbər Yenilənəcək

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO - VİDEO

Azərbaycanca, 10 ноября 2024 16:40 (UTC +04:00) 522
Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə etdi.

Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunuldu, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda, Qvinea-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olundu.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məshələtləşmələrin aparılması məsələlərinə toxunuldu.

  • Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb
  • Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb
  • Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb
  • Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb
  • Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb
  • Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости