Prezident İlham Əliyev Toqo Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Respublikasının Prezidenti For Essozimna Qna ilə görüşüb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Dövlətimizin başçısı COP29 tədbirində iştirak etdiyi üçün Toqo Prezidentinə təşəkkürünü bildirdi.

For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri, o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.

Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunuldu, təhsil, kənd təsərrüratı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.