Fatih Terim və "Qalatasaray"ın vitse-prezidenti Bakıda

Tanınmış türkiyəli mütəxəssis Fatih Terim ölkəmizə gəlib.

İdman.biz xəbər verir ki, o, "Qarabağ"ın dəvəti ilə COP29-un tədbirinə qatılacaq.

Fatih Terim "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə fəxri qonaq kimi iştirak edəcək.

Türkiyəli qonaqlar arasında "Qalatasaray"ın vitse-prezidenti və baş direktoru İbrahim Hatipoğlu da var.