https://news.day.az/azerinews/1712120.html Sabahın hava PROQNOZU Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sabahın hava PROQNOZU

Azərbaycanca, 2 декабря 2024 12:38 (UTC +04:00) 438
Sabahın hava

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости