https://news.day.az/azerinews/1712342.html Sumqayıtda partlayış olan binada SON VƏZİYYƏT - VİDEO Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Sumqayıtda partlayış olan binada SON VƏZİYYƏT - VİDEO

Azərbaycanca, 3 декабря 2024 09:55 (UTC +04:00) 892
Sumqayıtda partlayış olan binada SON VƏZİYYƏT

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, TƏBİB-dən Trend-ə bildirilib ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb (2 kişi cinsli, 1 qadın cinsli). Onlar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости