https://news.day.az/azerinews/1712643.html Məktəbəqədər hazırlıq üçün əlavə 100 min yer açılması planlaşdırılır Gələn ilin oktyabr ayına qədər məktəbəqədər hazırlıq üçün əlavə 100 min yer açılması planlaşdırılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Məktəbəqədər hazırlıq üçün əlavə 100 min yer açılması planlaşdırılır

Azərbaycanca, 4 декабря 2024 11:44 (UTC +04:00) 603
Məktəbəqədər hazırlıq üçün əlavə 100 min yer açılması planlaşdırılır

Gələn ilin oktyabr ayına qədər məktəbəqədər hazırlıq üçün əlavə 100 min yer açılması planlaşdırılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu yerlərin yarısından çoxu artıq fəaliyyətə başlayıb.

 

"Lakin qalan hissə ilə bağlı planlarımız var. Əgər pilot layihələr uğurlu olarsa, həmin yerlərin sayını artırmaq daha asan olacaq. Çünki artıq müəyyən bir modelimiz var və bu model sınaqdan keçib uğurlu nəticə göstərdikdə, genişləndirilməsi daha rahat olacaq.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilən məktəbəqədər təhsil müəssisələri də bu rəqəmlərin artmasına töhfə verəcək. Kəmiyyət baxımından vəziyyət belədir",- deyə E.Əmrullayev əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости