https://news.day.az/azerinews/1713196.html Prezident İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərib Azərbaycan Prezidenti İlham Əliyev finlandiyalı həmkarı Aleksandr Stubba təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Prezident İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərib

Azərbaycanca, 6 декабря 2024 11:06 (UTC +04:00) 778
Prezident İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev finlandiyalı həmkarı Aleksandr Stubba təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi və Sizinlə keçirdiyimiz görüşü xoş təəssüratlarla xatırlayıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости