https://news.day.az/azerinews/1714194.html Pərvin Mirzəzadə Prezident İlham Əliyevə təşəkkür etdi Xəbər verdiyimiz kimi, Yasamal rayonunda bir neçə böyük məhəlləni əhatə edən küçəyə (Dağlı məhəlləsi) görkəmli bəstəkar, Xalq artisti, dövlət mükafatı laureatı Xəyyam Mirzəzadənin adı verilib. Xəyyam Mirzəzadənin Xəyyam Mirzəzadənin oğlu Prezidentə təşəkkür edib. Day.Az President.az-a istinadən təşəkkür məktubunu təqdim edir:

Pərvin Mirzəzadə Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanca, 10 декабря 2024 15:38 (UTC +04:00) 1 250
Pərvin Mirzəzadə Prezident İlham Əliyevə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Yasamal rayonunda bir neçə böyük məhəlləni əhatə edən küçəyə (Dağlı məhəlləsi) görkəmli bəstəkar, Xalq artisti, dövlət mükafatı laureatı Xəyyam Mirzəzadənin adı verilib.

Xəyyam Mirzəzadənin oğlu Pərvin Mirzəzadə Prezident İlham Əliyevə təşəkkür edib.

Day.Az President.az-a istinadən təşəkkür məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident!

Bu yaxınlarda Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin adının əbədiləşdirilməsi üçün Bakının küçələrindən birinə onun adının verilməsi bizim ailəmiz üçün olduqca qürurverici xəbər oldu.

Sizin bəstəkara olan diqqətinizi biz həmişə hiss etmişik. Vaxtilə, atamı "Şərəf" ordeni və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etmisiniz. Xəyyam Mirzəzadənin sənətinə verdiyiniz dəyər üçün Sizə son dərəcə minnətdarıq.

Öz adımdan və ailə üzvlərim adından Sizə dərin hörmət və məhəbbətlə təşəkkürümü bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Xəyyam Mirzəzadənin ailəsi adından oğlu Pərvin Mirzəzadə.

Azərbaycan Respublikası, Bakı şəhəri.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости