https://news.day.az/azerinews/1714896.html Şagirdlər məktəbdə ilanlarla rastlaşır - VİDEO Döşəmə, tavan və qapı-pəncərələr yararsız haldadır.... Day.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Zaqatalanın Kəpənəkçi kənd orta məktəbindən gedir. Şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər Ötən əsrin 60-cı illərində 8 illik məktəb kimi istifadəyə verilən binanın təmirə  ehtyacı var.

Şagirdlər məktəbdə ilanlarla rastlaşır - VİDEO

Azərbaycanca, 13 декабря 2024 09:24 (UTC +04:00) 742
Şagirdlər məktəbdə ilanlarla rastlaşır

Döşəmə, tavan və qapı-pəncərələr yararsız haldadır....

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Zaqatalanın Kəpənəkçi kənd orta məktəbindən gedir. Şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər

Ötən əsrin 60-cı illərində 8 illik məktəb kimi istifadəyə verilən binanın təmirə  ehtyacı var.

Məktəbin bu vəziyyətdə olması şagirdlər  qədər onların valideynlərini də narahat edir.1000 nəfərdən çox əhalisi olan kənd məktəbində 170 şagird təhsil alır və 30-a yaxın müəllim çalışır.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan bildirildi ki, Kəpənəkçi kənd tam orta məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə aidiyyati üzrə müraciət edilib.

Həmçinin, qeyd edildi ki, təhsil müəsisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 

Döşəmə, tavan və qapı-pəncərələr yararsız haldadır....Söhbət Zaqatalanın Kəpənəkçi kənd orta məktəbindən gedir. Şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər Ötən əsrin 60-cı illərində 8 illik məktəb kimi istifadəyə verilən binanın təmirə ehtyacı var. Məktəbin bu vəziyyətdə olması şagirdlər qədər onların valideynlərini də narahat edir.1000 nəfərdən çox əhalisi olan kənd məktəbində 170 şagird təhsil alır və 30-a yaxın müəllim çalışır. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan bildirildi ki, Kəpənəkçi kənd tam orta məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə aidiyyati üzrə müraciət edilib. Həmçinin, qeyd edildi ki, təhsil müəsisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости