Onların pensiyası ilə bağlı MÜHÜM XƏBƏR
Taksi sürücülərinin pensiya məsələsi son dövrlərdə ciddi müzakirə mövzularından birinə çevrilib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən şəxslərin sosial sığorta və pensiya ödənişləri ilə bağlı problemlər zaman-zaman gündəmə gəlib.
Mövzu ilə bağlı millət vəkili Azər Badamovun fikirlərinə görə, bu məsələnin həlli mümkündür. O, taksi sürücülərinin pensiya sisteminə daxil olması üçün atılacaq addımları və gələcəkdə bu sahənin pensiya kapitalı formalaşdırması üçün təkliflər irəli sürüb.
"Taksi fəaliyyəti göstərən sürücülər öz gələcəklərini düşünərək vergi ödəyicisi kimi sosial sığortalarını ödəsələr və sosial ödəniş etsələr, onlar üçün pensiya stajı kapitalı formalaşar və gələcəkdə təqaüdə çıxanda həmin kapitaldan istifadə edə bilərlər. Reallıq odur ki, bu gün biz gəlirimizi dövlətdən gizlətməyə çalışırıq və gələcəyimizə qoyulan ödənişləri bu gün etmək istəmirik. Problem məhz budur. Sabah bu artıq yük olacaq. Hər bir şəxs yaşlı vaxtlarında necə pensiya alacağını bu gündən düşünərək öz gəlirinin müəyyən hissəsini gələcəyi üçün ayırmalıdır", - deyə deputat bildirib.
O, qeyd edib ki, bu yanaşma sabah böyük problemlərə səbəb ola bilər:
Millət vəkilinin fikrincə, taksi sürücüləri öz pensiya təminatlarını təmin etmək üçün sosial ödənişləri etməli və pensiya sisteminə daxil olmalıdırlar. Bu yanaşma onların gələcəkdə daha rahat yaşamaq və pensiya təminatını almaq imkanı yaradacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре