Mixail Şvıdkoy Prezident İlham Əliyevə başsağlığı verib

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

İcazə verin, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı ifadə edim.

Baş verən faciə məni dərindən sarsıtdı. Rusiya xalqı Sizinlə birlikdə kədərlənir".