Qəbələdə güclü qar damı maşının üzərinə uçurdu

Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyü avtomobilin üzərinə aşıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.