Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin həcmi 2,6 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin həcmi 34,9 milyon ABŞ dolları təşkil edib.

Day.Az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55,5 milyon ABŞ dolları, yaxud da 2,6 dəfə azdır. 2024-cü ilin eyni dövründə bu rəqəm 90,4 milyon ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan Fransaya ixracın həcmi 1,2 milyon ABŞ dolları, idxalın həcmi isə 33,7 milyon ABŞ dolları təşkil edib.

Fransaya ixrac illik müqayisədə müvafiq olaraq 57,8 milyon ABŞ dolları və ya 50 dəfə azalıb. Bu ölkədən idxal isə 2,3 milyon ABŞ dolları yaxud da, 7,4% artıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycandan Fransaya 59 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. İdxalın həcmi isə 31,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.