"Bolt"-dan ciddi dəyişiklik - "Comfort və Comfort+" ləğv olundu

Bolt, xidmətin keyfiyyətini  təkmilləşdirmək və xidmət səviyyələrini  mövcud resurslara daha da uyğunlaşdırmaq məqsədilə avtomobillərin kateqoriyalar üzrə bölgüsünü yenidən tərtib etdi. 

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bolt şirkətindən məlumat verilib.

Bildirilib ki, yeni bölgü daha ədalətli və məntiqli olmaqla yanaşı, müştərilərə göstərilən xidmətin keyfiyyətini nəzərəçarpacaq dərəcədə  artıracaq.

Bu yeniliklər ilk dövrlərdə müəyyən sayda tərəfdaşlara və sürücülərə mənfi təsir göstərirmiş kimi təəssürat bağışlasa da uzunmüddətdə hər bir subyektin gəlirinin onların gördüyü işin həcminə uzlaşacağı proqnozlaşdırılır. Bunu nəzərə alaraq Dəyişikliklərin sürücülər və partnyor avtoparklar tərəfindən müsbət qarşılanacağına inanırıq, Avtomobillərin yenidən kateqoriyalara bölünməsi çərçivəsində, Comfort və Comfort+ kateqoriyaları birləşdirilərək daha səmərəli və işlək bir təsnifatlandırılma aparılıb.

Bundan əlavə, Bolt-un veb saytında yenidən təsnifatlandırma, avtomobil tələbləri, uyğunluq kriteriyaları və digər əsas məlumatları əhatə edən ayrıca bir səhifə dərc olunacaq. Bundan əlavə hər bir sürücü onlara təqdim edilən link vasitəsilə kateqoriyalar üzrə tələb olunan avtomobil markalarının siyahısı ilə tanış ola biləcək.
Hər hansı şikayət, təklif və suallarla bağlı bizimlə əlaqə saxlamaq istəyənlər üçün [email protected] email ünvanı işə salınıb. . Bu yol, bütün müraciət və şikayətlərin vahid kanal üzərindən daha səmərəli şəkildə cavablandırılmasına və idarə olunmasına imkan verəcək",-deyə şirkətdən məlumat verilib.