https://news.day.az/azerinews/1753818.html Sabah Bakıda 26 dərəcə isti olacaq Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 19-dan 20-nə keçən gecə yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Sabah Bakıda 26 dərəcə isti olacaq

Azərbaycanca, 19 мая 2025 12:44 (UTC +04:00) 404
Sabah Bakıda 26 dərəcə isti olacaq

Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 19-dan 20-nə keçən gecə yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam bəzi rayonlarda tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости